Bu gündən Bakı-Sumqayıt yolu bağlanır
Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər alternativ yollardan istifadə etməlidir. Bu gündən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda hərəkət məhdudlaşdırlıacaq. Yola yeni asfalt-beton örtük vurulacaq. İşlərin qısa vaxt ərzində tamamlanması nəzərdə tutulub.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, həmin istiqamətdə asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatında yenilənmə işləri aparılacaq.Yola yeni asflat-beton örtük vurulacaq.
Təmir işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından, yəni Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından dəmir yolu körpüsünədək olan hissəsini əhatə edəcək.
Sürücülərə isə Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən , Binəqədi şosesi - Binəqədi-Biləcəri , Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.
Anar Nəcəfli onu da bildirib ki,sonrakı mərhələdə Xırdalan dairəsindən üzü ''Vaz dairəsi'' adlanan hissəyə qədər yola yeni-asfalt beton örtükün vurulması nəzərdə tutulub.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...