Azərbaycanda yeni nazir təyin edildi

09:56 29-06-2018 | icon 2951
Azərbaycanda yeni nazir təyin edildi

Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. 

Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb.

Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvanın kənd təsərrüfatı naziri Elşad Əliyev iyunun 27-də Vasif Talıbovun fərmanı ilə vəzifəsindən azad edilərək baş nazirin birinci müavini təyin edilib.


Digər xəbərlər

0.30575799942017