Məhəbbət Vəliyeva təhsil nazirinin müavini oldu

09:56 29-06-2018 | icon 2663
Məhəbbət Vəliyeva təhsil nazirinin müavini oldu

Təhsil nazirinə yeni müavin təyin edilib.
 
Müvafiq sərəncamla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin müavini təyin olunub.
 
Qeyd edək ki, 1968-ci il təvəllüdlü M. Vəliyeva 2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Keçmiş təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.


Digər xəbərlər

0.30334806442261