Azərbaycan rəsmiləri Mahaçqalada - Fotolar

09:58 29-06-2018 | icon 556
Azərbaycan rəsmiləri Mahaçqalada - Fotolar
loading...

Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

Yubiley tədbirində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin Mahaçqala şəhərindəki abidəsini ziyarət ediblər. 

Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov və Oqtay Əsədov abidə önündə çıxış edərək görkəmli dövlət xadimi Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrildiyini qeyd ediblər. 

Daha sonra Mahaçqala şəhərindəki Maksim Qorki adına Dövlət Rus Dram Teatrının binasında Maqomedsalam Umaxanovun 100 illik yubiley mərasimi keçirilib.

Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov çıxış edərək Maqomedsalam Umaxanovun xidmətlərindən danışıb. 

Rusiya prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov prezident Vladimir Putinin, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə İlham Əliyevin Maqomedsalam Umaxanovun anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yığıncağın iştirakçılarına təbrik məktubunu oxuyub.

Yubiley mərasimi konsert proqramı ilə başa çatıb.

 





Digər xəbərlər

2.0939249992371