Səfir icra başçısı ilə görüşdü

09:58 29-06-2018 | icon 2339
Səfir icra başçısı ilə görüşdü

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. 

 E. Vəliyev Türkiyədə keçirilən seçkilərdə qazanılan qalibiyyət münasibəti ilə Türk xalqını təbrik edib. Şəhər rəhbəri Gəncədə həyata keçirilən irimiqyaslı tikinti layihələri, geniş abadlıq-qurucluq işlərindən söz açıb. 

AXC-nın yaradılmasının 100 illiyi münasibəti ilə Azərbaycan xalqını təbrik edən səfir Erkan Özoral Heydər Əliyevin Azərbaycan və Türkiyə ilə bağlı səsləndirdiyi “bir millət-iki dövlət”, Mustafa Kamal Atatürkün isə “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” fikirlərini səsləndirərək, bu qardaşlığın daimi və əbədi olacağına əminlik ifadə edib. 


Digər xəbərlər

0.32856702804565