Azərbaycanda polis atası olan yüksək vəzifəli şəxslər - Siyahı
Azərbaycan polisinin 100 illik yubileyidir.
Unikal.org-a istinadən övladları polis orqanlarında çalışan məmurlardan bir neçəsini təqdim edirik:
Baş nazir Novruz Məmmədovun oğlu Daxili İşlər orqanlarında çalışır. Polis polkovnik-leytenantı İsmayıl Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisidir.
Daxili İşlər Naziri Ramil Usubovun böyük oğlu Emil Usubov da DİN-də yüksək vəzifə tutur. O, Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi vəzifələrini daşıyır.
Nazirin digər oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.
Baş nazirin müavini Əli Həsənovun yeganə oğlu Emin Həsənov Binəqədi Rayon Polis İdarəsinin rəis müavinidir.
Millət vəkili Elman Məmmədovun oğlu Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu da polis rəisidir. Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışır.
Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin oğlu Binəqədi rayonunda mühafizə polisinin rəisidir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Vüsal Qaraşov, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisidir, polkovnik-leytenantıdır.
Millət vəkili Aqil Abbasın oğlu Tuncay Abbasov, Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir.
-
Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır
...
-
Dərin siyasi zəka, tükənməz iradə sahibi
...
-
Şanlı ordumuz xalqımızın qürur mənbəyidir
...
-
Qələbəmizin növbəti rəmzi - Zəfər meydanı
...
-
Azərbaycanda Novruz bayramıdır
...
-
Ramazanın onuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahdan Novruz tətili başlayır
...
-
Aydın Hüseynov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
Bu gün İlaxır çərşənbədir
...
-
Abşeronda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edildi
...