Səhiyyə sahəsində Azərbaycan-İran əməkdaşlığı müzakirə edilib
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşeminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İranın dövlət başçılarının yüksək səviyyəli səfərlərinın, aparılan danışıqların nəticəsidir ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat, səhiyyə, sənaye, energetika, kənd təsərrüfatı, turizm, gömrük və s. sahələrdə uğurla əməkdaşlıq edirlər.
Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşemi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, İranda səhiyyənin, tibbi təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qazanılmış uğurlar barədə məlumat verib. Seyid Həsən Qazizadə Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, dərman preparatlarının istehsalı üzrə müştərək müəssisələrin yaradılmasının önəmini qeyd edib.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...