Gəncə hadisəsi ilə bağlı 21 cinayət işi açıldı - Usubov hadisə yerində
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb.
Prosesin gedişi zamanı 3 şəxs həbs edilib və digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bundan başqa terrorçuluğa açıq çağırışlar edən və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.
Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.
Əldə etdiyimiz xəbərə görə, açılan cinayət işləri ilə bağlı prosesin aparılması üçün Baş prokurorun müavini Rüstəm Usubov Gəncə şəhərinə ezam edilib. Artıq bir həftədir Gəncədə olan R. Usubov istintaqa rəhbərlik edir və prosesin gedişi ilə bağlı mütəmadi olaraq ölkə rəhbərliyinə məlumat verir.
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...