Qaradağda 49-cu ildönüm qeyd olundu

19:25 13-07-2018 | icon 3533
Qaradağda 49-cu ildönüm qeyd olundu

Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 49-cu ildönümünə həsr edilmiş  tədbir keçirilib. 

Qaradağ İH-dən daxil olan xəbərə görə, tədbirdə millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak  edib. İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov  14  iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Bildirib ki, Heydər Əliyev bacarığı, işgüzarlığı və uzaqgörənliyi sayəsində dünya siyasi tarixində özünəməxsus yer tutur. 

 

Sonra millət vəkili Aydın Hüseynov Heydər Əliyevin təkcə dövlət quruculuğu sahəsində deyil, milli şüurun dirçəlməsində də  xalqa liderlik etdiyini vurğulayıb. Natiq bildirib ki, bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanır. 

Tədbirdə digər çıxış edənlər - Qaradağ Rayon İctimai Şurasının sədri Allahverdi Məmmədov və 7 nömrəli  Bakı Peşə Məktəbinin direktoru Hicrət Qaradağlı da H. Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs ediblər. 

 


Digər xəbərlər

0.28550100326538