“Qarabağ” növbəti mərhələdə - Fotolar

01:18 19-07-2018 | icon 140
“Qarabağ” növbəti mərhələdə - Fotolar
loading...

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. Təmsilçimiz 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdiyi Sloveniya çempionu “Olimpiya”nı bu dəfə doğma meydanda sınağa çəkib.


Qurban Qurbanovun çalışdırdığı Ağdam klubuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Matç elə bərabərliklə də nəticələnib. Komandaların səylərinə baxmayaraq, 90 dəqiqəqə qapılara qol vurulmatıb. 


Qeyd edək ki, "Qarabağ"ı ÇL-in 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə mübarizə gözləyir. İlk matç iyulun 24-25-də səfərdə, cavab qarşılaşması bundan 1 həftə sonra evdə olacaq. 


UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu

18 iyul


21:00. Qarabağ - Olimpiya - 0:0 
Hakimlər: Erez Papir, David Elias Bitton, Eliyahu Kasapu, David Fuxman (hamısı İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Qarabağ: 13. Vaqner Da Silva, 5. Maksim Medvedev (k), 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Mədətov, 17. Abdulla Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Olimpiya: 31. Alyaz İvaçiç, 3. Maki Banyak, 5. Marko Qayiç, 7. Rok Kronaveter, 21. Kinqsli Boatenq, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç, 90. Tomislav Tomiç, 95. Daniel Avramovski.
Ehtiyat oyunçular: 41. Neyç Vidmar, 8. Daniel Mişkiç, 10. Qoran Brkiç, 15. Asmir Sulyiç, 22. Haris Kadriç, 29. Matiç Çrniç, 30. Branko İliç.
Baş məşqçi: İliya Stoliça.


Digər xəbərlər

0.11047792434692