“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin edib

23:09 20-07-2018 | icon 4366
“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin edib

“Nar” mobil rabitənin mövcud olmadığı Yardımlı rayonunun Arvana kəndində mobil şəbəkə qurub. Dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşən ucqar kənddə mobil rabitənin olmaması yerli sakinlər üçün ciddi əngəllər yaradırdı. Arvana sakinlərinin rabitə problemini həll etmək üçün “Nar” operatoru kənddə tam gücüylə fəaliyyət göstərən mobil şəbəkə qurub.

Hazırda kənd ərazisində “Nar”-ın 4 baza stansiyası fəaliyyət göstərir və bütün kəndi əhatə edir. Xüsusi enerji təminatına malik “Nar” şəbəkəsi kəsintisiz fəaliyyət göstərərək əhaliyə keyfiyyətli zəng və internet xidmətlərindən istifadə etmək imkanı yaradıb.

Sakinlərin böyük sevincinə səbəb olan bu hadisə münasibətilə “Nar” Arvana kəndində maraqlı tədbir keçirib. Sakinlərin görüşünə gələn “Nar” yerlilərə pulsuz nömrələr, internet və danışıq balansı və digər dəyərli hədiyyələr təqdim edib. Yeni nömrələrini istifadə edən kənd sakinləri zəng və internet xidmətlərindən yararlanaraq, mobil rabitənin keyfiyyətindən razı qalıblar.

Arvana sakinləri kəndin ciddi probleminə çevrilmiş rabitə problemini aradan qaldırdığına görə mobil operatora minnətdarlığını bildirib. Kənddən xüsusi hazırlanmış video çarxı buradan izləyə bilərsiniz.

Qeyd edək ki, mobil operator, paytaxtla yanaşı, bölgələrin də yüksəkkeyfiyyətli mobil zəng və internet xidməti ilə təmin olunmasına diqqət ayırır. Təkcə 2018-ci il ərzində ölkənin 30-a yaxın şəhər və rayonlarında yeni baza stansiyaları quraraq abunəçilərin istifadəsinə təqdim edib. Bölgələr üçün xüsusi yaradılmış “Yerlim” tarifindən istifadə edən “Nar” abunəçiləri zəng xidmətlərindən çox sərfəli qiymətə – dəqiqəsi 1 qəpiyə yararlanırlar.



“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin edib

 


Digər xəbərlər

0.37990713119507