Bakıda holdinq rəhbərinə 17 bıçaq vurdular
“E Media Group” media holdinqinin rəhbəri Elşən Əliyev bıçaqlanıb. “Qafqazinfo” xəbər verir ki, o, ötən gecə naməlum şəxs tərəfindən 17 bıçaq zərbəsi alıb.
E. Əliyev 3 saylı Şəhər klinik Xəstəxanasına aparılıb. O, hazırda reanimasiyadadır.
Elşən Əliyevin yaxın dostu, aparıcı Aysel Nazimin verdiyi məlumata görə, hadisə tanımadığı şəxsin ondan siqaret istəməsindən sonra baş verib:
“Dünən bıçaqlayıblar, reanimasiyadadır. Deyirlər ki, bir nəfər yaxınlaşaraq ondan siqaret istəyib. O, daha sonra Elşəndən telefonu tələb edib, mübahisə yaranıb və 17 bıçaq vurub”.
Elşən Əliyevin səhhəti ilə bağlı maraqlanmağa çalışsaq da, 3 saylı Şəhər klinik Xəstəxanasından telefona cavab verən olmayıb.
-
“Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN
...
-
Moskvada “Crocus City Hall”da terror aktı - Ölənlərin sayı 115-ə çatdı
...
-
Terminaldan 10 minə yaxın pul oğurladılar - Video
...
-
Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində!
...
-
Azərbaycanda girov belə azad edildi - DTX-dən antiterror tədbiri - Video
...
-
DTX tərəfindən saxlanılan transmilli mütəşəkkil kibercinayətkar dəstənin - Film kimi cinayət ssenarisi
...
-
DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib
...
-
Terrorçuluğu maliyyələşdirdi - Həbs edildi
...
-
Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb
...
-
Azərbaycan sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
...