“Qarabağ” Albaniyadan heç-heçə ilə qayıdır
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. Qurban Qurbanovun çalışdırdığı təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində Albaniya çempionu “Kukesi” ilə mübarizə aparır.
“Kukesi” ÇL-in ilk təsnifat mərhələsində Maltanın “Valletta” klubunu mübarizədən kənarlaşdırıb (evdə 0:0, səfərdə 1:1). Ağdam klubu isə startda Sloveniya “Olimpiya”sından (Lyublyana) güclü olub (evdə 0:0, səfərdə 1:0).
Avrokuboklardakı yeganə təmsilçimiz olan “Qarabağ” bu rəqibini də mübarizədən kənarlaşdırmaq üçün səfərdən sərfəli nəticə ilə dönməliydi. İlk qarşılaşmada qapılara qol vurulmayıb. Bu üzdən də cütün taleyinə bir həftə sonra Bakıda keçiriləcək cavab görüşündə aydınlıq gələcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
25 iyul
Kukesi - Qarabağ 0:0
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Kai Erik Steen (hamısı Norveç).
Şkoder. “Loro Boriçi” stadionu.
Kukesi: 77. Stivi Fraşeri, 4. Yili Şameti (k), 6. Albi Alla, 7. Arber Sirbya, 9. Sebino Plaku, 15. Harallamb Qaqi, 20. Simo Rumbullaku, 23. Besar Musolli, 24. Edis Maliki, 26. Villiam Kordeyro, 33. İrakli Dzariya.
Ehtiyat oyunçular: 91. Faton Maloku, 5. Rüstem Hoca, 10. Donyet Şkodra, 21. Vesel Limay, 27. Valon Etemi, 28. Haris Harba, 99. Dino Şpehar.
Baş məşqçi: Armando Kunqu.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...