Bakıda temperatur yüksəlir - Proqnoz

00:28 27-07-2018 | icon 2998
Bakıda temperatur yüksəlir - Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu,yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 31-36, Bakıda gecə 26-28, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində 

İyulun 27-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. 

Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq. 

Azərbaycanın rayonlarında

İyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyulun 27-də Abşeron yarımadasında günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 


Digər xəbərlər

0.28498291969299