Robert Koçaryan həbs olundu  

13:00 28-07-2018 | icon 3742
Robert Koçaryan həbs olundu
 

Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs olunub.

Bu barədə eks-prezidentin vəkili Aram Orbelyan deyib: “Məhkəmə həbs qərarı çıxardı. Başqa heç nə deyə bilmərəm. Qalan hər şeyi sabahkı mətbuat-konfransında açıqlayacağıq”.

Ermənistanda qəbul edilmiş prosedura əsasən, məhkəmə istintaq yekunlaşanadək ən azı 2 aylıq həbs nəzərdə tutur.

Qeyd edək ki, Koçaryan 1 mart 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını zorla dağıtmaqda və 10 nəfərin ölümündə günahlandırılır. Ona qarşı eyni zamanda konstitusion quruluşun devirməsi ittihamı da irəli sürülüb.


Digər xəbərlər

0.2867112159729