Bakıda sükan arxasında narkotik çəkən avtobus sürücüsü danışdı - Video
Sükan arxasında siqaretə narkotik maddə dolduran sürücü açıqlama verib.
Masallı sakini olan 34 yaşlı İlkin Tağıyev əməlini etiraf edib. O, sükan arxasında siqaretə qurudulmuş marixuana dolduraraq hazır vəziyyətə gətirdiyini deyib.
Sərnişinlərin həyatını təhlükəyə atan İ. Tağıyev bir neçə ildir ki, narkotik maddə aludəçisidir. O, avtobusda sərnişin olan zaman narkotik qəbul etmədiyini desə də, tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə protokol tərtib edilib.
Araşdırma zamanı o da məlum olub ki, İlkin Tağıyev bu ilin aprel ayının 9-dan etibarən sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, İ. Tağıyev 202 saylı marşrut avtobusunun məxsus olduğu “Çinar Trans” MMC- şirkətində müqavilə əsasında işləyib. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs verilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum olunub.
Eyni zamanda, bütün bu hallara göz yuman 202 saylı avtobusun kolon rəisi, Bakı şəhər sakini Oktay Qurbanov da saxlanılıb. Kolon rəisi İlkin Tağıyevin işə yeni qəbul olunduğunu və həkim yoxlamasından keçdiyini deyir. Hadisə ilə bağlı O. Qurbanov bölməyə dəvət edilərkən polisə müqavimət göstərdiyi üçün onun barəsində də 15 gün inzibati həbs qərarı verilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Bakıda saxta dollar dövriyyəyə buraxmaq istəyən şəxs saxlanıldı - Fotolar+Video
...
-
O video Bakıda necə çəkilib? - DTX qadınları saxladı
...
-
İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri - Video
...
-
Rəşad Dağlı özünü təqsirli bilmir
...
-
Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - Video
...
-
“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”
...
-
“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı - Qərar
...
-
Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur
...
-
“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - Video
...
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...