Bakı-Sumqayıt yolu sabah işlək vəziyyətdə olacaq

02:00 29-07-2018 | icon 4313
Bakı-Sumqayıt yolu sabah işlək vəziyyətdə olacaq

Bakı-Sumqayıt yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq edilən məhdudiyyət sabah aradan qaldırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar iyulun 29-u səhər 05:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.

 

Sözügedən ərazidə görülən işlər axşam saatlarında başa çatdırılacaq.


Digər xəbərlər

0.37891101837158