Məmmədyarov dünya çempionunu məğlub etdi

10:35 01-08-2018 | icon 3257
Məmmədyarov dünya çempionunu məğlub etdi

İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov IX turda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

 

Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə daha üstün oynayaraq qalib gəlib. 

Qeyd edək ki, bu uğurdan sonra Şəhriyar Məmmədyarovun 7 xalı olub. Maqnus Karlsen isə beş xal toplayıb.

 


Digər xəbərlər

0.22381591796875