Aqil Ələsgəri “Bandotdel” saxlayıb
"Yenicag.az" saytının baş redaktoru Aqil Ələsgər Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bunu sosial şəbəkəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.
O, bildirib ki, iş gününün sonuna yaxın baş redaktorun yaxınları ondan xəbər ala bilməmələri ilə bağlı Mətbuat Şurasına müraciət ediblər. Müraciət araşdırılıb və Aqil Ələsgərin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı məlum olub.
Ə. Amaşov qeyd edib ki, iş günü başa çatdığından məsul şəxslərlə əlaqə yarada bilməyib. O, bu gün Mətbuat Şurası adından DİN-ə müraciət edilərək, jurnalistin saxlanma səbəbinin aydınlaşdırılacağını qeyd edib. "Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq".
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...