“Bölgə sakinləri “Nar”-ın “Yerlim” tarifini seçir
2018-ci ilin ikinci rübündə “Nar”-ın bölgələr üçün xüsusi yaradılmış “Yerlim” tarifinə qoşulanların sayı
ötən rüblə müqayisədə 7% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə “Yerlim”-ə qoşulanların sayı
53% artıb.
Xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan “Yerlim” tarifinə qoşulanların hər keçən gün artması bu
tarifin bölgə sakinləri üçün sərfəli olması ilə əlaqədardır. Bölgələrdə yaşayan abunəçilər bu tarifə
qoşulmaqla dəqiqəsi 1 qəpikdən zəng edə bilir.
Mobil operatorlar arasında paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətilə seçilən “Nar”
yeni istifadəyə verdiyi baza stansiyaları sayəsində öz bölgə tarifinin istifadəçilərinin sayını
əhəmiyyətli dərəcədə artırmağa nail olub. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran “Nar”
Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir.
Mobil operator təkcə 2018-ci ilin ilk yarısında bölgələrdə 162 yeni baza stansiya qurub. Qurulan yeni
stansiyalarının 103-ü 4G, 59-u isə 3G baza stansiyasıdır. Ümumilikdə “Nar” 2018-ci ildə ölkənin 33-
dən çox rayon mərkəzləri və şəhərlərinə yüksək keyfiyyətli 4G xidmətini gətirib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza
stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş
mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin
göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil
beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər
üzrə müştəri təcrübəsinə əsaslanıb.
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...