“Gələn il sürətli inkişaf ili olacaq” - İlham Əliyev  

12:44 02-08-2018 | icon 2926
“Gələn il sürətli inkişaf ili olacaq” - İlham Əliyev
 

“İqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaq. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilib”.

Bu fikirləri prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində söyləyib.

 

Dövlət başçısı vurğulayıb ki, gələn il sürətli inkişaf ili olacaq: “Maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.


Digər xəbərlər

0.26004695892334