Azərbaycan əlifbası günü Binəqədidə də qeyd olundu

12:47 02-08-2018 | icon 3651
Azərbaycan əlifbası günü Binəqədidə də qeyd olundu

31 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yap Binəqədi rayon təşkilatı, Gənclər və İdman idarəsi və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Rəna Bilyəndarlı, Ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Əlizadə Əsgərli, Türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Rəyasət heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov və YAP Binəqədi rayon təşkilatının bir qrup fəal gənci iştirak edib.

 

Şəmsi Gülverdiyev Prezident İlham Əliyev tərəfindən dil siyasətinin uğurla həyata keçirildiyini qeyd etdi. Natiq Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısının hazırlandığını bildirib.

 

 


Digər xəbərlər

0.25229096412659