Sükan arxasında narkotik qəbul edən daha bir sürücü həbs edildi - Video

12:32 04-08-2018 | icon 3391
Sükan arxasında narkotik qəbul edən daha bir sürücü həbs edildi - Video

Bakıda narkotik maddənin təsiri altında avtobus idarə edən daha bir sürücü həbs edilib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, iyulun 29-da Əhmədov Natiq Vaqif oğlu “İsuzu” markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman qaranlıq vaxtı uzaq vuran işıqlardan istifadə etməsi Yol Patrul Xidmətinin əməkdaşlarının diqqətini çəkib. Şübhəli sürücü Yol Patrul Xidmətinin inspektoru tərəfindən saxlanıldıqda sərxoşluq əlamətləri özünü aşkar büruzə verib.

Tibbi müayinə zamanı Natiq Əhmədovun narkotik vasitə qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi təsdiq olunub. Sərnişin avtobusu mühafizə olunan duracağa yerləşdirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.5-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub. Sürücü isə təsirində olduğu narkotik maddənin mədə dərmanı kimi qəbul etdiyini bildirir.

Araşdırmalar zamanı o da məlum olub ki, bu hal sürücünün ilk əməli deyil.

Qeyd edək ki, sürücü əvvəllər şəhərdaxili marşrut avtobuslarında işləyib. Bu kimi əməllərinə görə xətdən uzaqlaşdırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Digər xəbərlər

0.25259804725647