“Facebook” şirkəti tanışlıq servisi istifadəyə verəcək - Fotolar
Amerikalı tərtibatçı Ceyn Vonq Tvitter hesabında “Facebook Dating” adlı tanışlıq tətbiqinin fotolarını paylaşıb.
Vonq sözügedən tətbiqdə yalnız qeydiyyatdan keçməyi və təqdim olunmuş anketi doldurmağı bacarıb. Tətbiqin funksiyalarından istifadə etmək isə mümkün olmayıb.
Onun sözlərinə əsasən yeni tətbiqdəki istifadəçi hesablarını hələlik “Facebook” əməkdaşları aktivləşdirə bilərlər. Bunu tətbiqdə ortaya çıxan ilk səhifədəki məlumat da təsdiqləyir:
“Tətbiq yalnız ABŞ-dan olan “Facebook” əməkdaşları üçün aktivdir. Onlar servisin testində, interfeysdəki problemlərin tapılıb aradan qaldırılmasında iştirak edirlər”.
Elanda həmçinin qeyd olunub ki, sözügedən tətbiq iş yoldaşları ilə görüşlər üçün nəzərdə tutulmayıb və şirkət davranış normalarını pozmuş istifadəçiləri cəzalandıracaq. Test iştirakçılarından isə tətbiqdə özləri barədə düzgün olmayan məlumatların qeyd olunması tələb olunur. Şirkət söz verir ki, həmin məlumatlar servisin işə salınması vaxtı silinəcək.
Servisin nə zaman istifadəyə veriləcəyi bilinmir.
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...