Biləcəri bələdiyyəsindən nəcib aksiya  - "Yayda Sizi düşünərək" - FOTOLAR

13:51 08-08-2018 | icon 3419
Biləcəri bələdiyyəsindən nəcib aksiya  -

07.08.2018-ci il tarixində "Yayda Sizi düşünərək" lahiyəsi çərçivəsində Biləcəri bələdiyyəsinin əməkdaşları tərəfindən özünəməxsus aksiya keçirilib.

Aksiya zamanı xüsusi libas geyinmiş qızlar zənbillərə yığılmış sərin sular və yelpikləri qəsəbənin müxtəlif yerlərində- avtobuslarda, avtobus dayanacaqlarında, parklarda, dəmiryol vağzalında, ticarət obyektlərində olan sakinlərə təqdim etmişlər. Biləcəri bələdiyyəsindən Azeripress.az-a verilən məlumata görə, aksiyanın məqsədi isti yay günlərində sakinlərin suya olan ehtiyaclarını ödəməklə yanaşı onlarda yüksək əhval-ruhiyyə yaratmaq olub. Keçirilən tədbir sakinlərdə xoş təsir yaradıb.


Digər xəbərlər

0.28189396858215