Elxan Allahverdiyev sakinlərlə görüş keçirdi

11:50 09-08-2018 | icon 3751
Elxan Allahverdiyev sakinlərlə görüş keçirdi

Dünən Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.

Qəbulda RİH başçısının birinci müavini İlqar Süleymanov, müavin Vüsar İsmayılov, aparatın şöbə müdirləri iştirak edib. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verib.

 



Digər xəbərlər

0.27883696556091