Azərbaycanlı oliqarx ölkəyə “unitaz”lı lüks maşınlar gətirdi (FOTOLAR)
Azərbaycanlı oliqarxlar Avropa istehsalı olan bahalı avtomobilləri Türkiyədə daha lüks və konfortlaşdıraraq alıb, Bakıya gətirirlər.
Azeripress.az xəbər verir ki, unikal.org-un Türkiyənin bu işlə məşğul olan “Ertex Otomotiv” şirkətindən əldə etdiyi məlumata görə, avtombillər daha lüks və konfortlaşdırılaraq bazar qiymətindən 3 dəfə baha ölkəmizə satılır. Bu ilin 6 ayı ərzində azərbaycanlı oliqarxlar (siyasətçilər, diplomatlar, iş adamları, şou-biznes nümayəndələri) bu şirkətdən 10-dan artıq avtomobil alıb.
Hazırda bu ilin sonuna kimi də 10 yaxın avtomobil lüks və konfortlaşdırıldıqdan sonra Azərbaycana göndərilməsi sifarişi verilib.
Qeyd edək ki, şirkət lüks ve konfortlaşdırdığı ən ucuz avtomobilin dəyəri 100 min dollardır.
Şirkətə ən çox sifariş Azərbaycan, Dubay, Qətər və Səudiyyə Ərəbistanıdan olan ölkələrdən verilir. Ümumilikdə, bu ilin 6 ayı ərzində Azərbaycan daxil olmaqla sözügedən ölkələrə Avropa istehsalı olan 47 lüks və konfortlaşdırılmış avtomobil ixrac edilib. Ən çox lüks və konfortlaşdırılmış avtomobillər “Mercedes” markasındadır.
Şirkət “V Class”, “Sprinter”, “Maybach”, “Volkswagen Caravella”, “Crafter” və “Cadillac Escalade” modelindən olan avtomobillərin də daxili dizaynını dəyişir.
Şirkət müştərilərin istəklərinə uyğun olaraq avtomobillərin daxili dizayınını qurur. Belə ki, avtomobillərdə beli masaj edən, istilik, unitaz, havalandırma və ayaq istirahəti xüsusiyyətlərinə sahib kreslolar, yüksək keyfiyyətli səs sistemi, çay-qəhvə maşınları, soyuducu, polad kassa, kompüter, televizor, playstation kimi komponentlər ilə təchiz edir.
-
Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Millət vəkili “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb
...
-
Müdafiə siyasətinin formalaşdırılmasında zəruri addımlar
...
-
Terrorçuluğa qarşı tərəfdaşlıq
...
-
NATO ilə aparılan dialoq uğurla davam edir
...
-
Regionun taleyüklü problemlərinin müzakirəsi çox önəmli oldu
...
-
Sülhün bərqərar olması mühüm şərtdir
...
-
Balanslaşdırılmış dövlət siyasəti uğurla həyata keçirilir
...
-
Möhkəm təməl üzərində münasibətlər amalımızdır
...