Qardaşı arvadını bıçaqlayaraq öldürdü - Bakıda

13:21 10-08-2018 | icon 2689
Qardaşı arvadını bıçaqlayaraq öldürdü - Bakıda

Bakıda qətl hadisəsi baş verib. Hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib.

Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 26-da yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

 

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Digər xəbərlər

0.26965093612671