“Qarabağ”ın taleyi latviyalı hakimlərə tapşırıldı

10:44 12-08-2018 | icon 2895
“Qarabağ”ın taleyi latviyalı hakimlərə tapşırıldı

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda keçiriləcək BATE - “Qarabağ” matçının hakimləri müəyyənləşib.

Matça latviyalı hakimlər briqadası təyinat alıb.

Görüşün baş hakimi Andris Treymanis, yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs olacaq. Dörüdüncü hakim isə Aleksandrs Qolubevs təyin edilib.

Qeyd edək ki, BATE - “Qarabağ” matçı avqustun 14-ü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İlk matçda BATE 1:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

0.28874492645264