“Azərbaycan musiqisi eşidiləndə dərhal bizdə...” - Tacikistan prezidenti
“Səfərin çox yaxşı nəticələri var və ölkələrimiz arasında tarixin sınağından çıxmış əlaqələr əməkdaşlıq haqqında yeni sazişlərlə bu gün daha da möhkəmləndirildi”.
Bunu Azərbaycanda səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmon bildirib.
O qeyd edib ki, Azərbaycan prezidenti ilə aparılan konstruktiv və səmimi danışıqlar dövlətlərarası münasibətləri və çoxplanlı əməkdaşlığı tez bir zamanda daha yüksək səviyyəyə qaldırmaq üçün bütün zəruri imkanların olduğunu sübut edib.
E.Rəhmon sözlərinə əlavə edib ki, Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər:
“Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir”.
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...