Yol polisi sürücünün həyatını xilas etdi - Video
Qaradağ rayonu ərazisində yerləşən Yol Patrul Xidməti postunun yaxınlığında avtomobilin yolun kənarında dayanması və sürücünün halının pisləşməsi barədə posta məlumat daxil olub.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları hadisə yerinə gedib. Sürücünün huşsuz vəziyyətdə sükan arxasında olduğunu görüblər. Dərhal təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib. Sürücünün ağır xəstəliyi olduğu üçün ona müxtəlif dərmanlar verilib.
Daha sonra həkimlər bildiriblər ki, xəstəyə təcili qida lazımdır. Bundan sonra postun əməkdaşları onu YPX postuna dəvət edib, ona yemək və su verilib.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...