Bakı-Sumqayıt qatarında yenilik
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə bu gündən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcək.
Yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcək. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaqdır. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.
Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.
Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...
-
Bayram gününün havası - 19° isti
...
-
Sabahdan Ramazan tətili başlayır
...
-
Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Lənkəran İcra Hakimiyyətində yeni - Təyinatlar
...
-
Şeyx bayram vaxtını və fitrənin məbləğini açıqladı
...
-
Sabaha 21° isti proqnozlaşdırılır
...
-
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Xankəndi belə dəyişdi - Yeni görüntülər
...
-
Sabahın havası açıqlandı
...