DTX hərbçiləri şantaj edən reketləri saxladı
Dövlət Təhülkəsizlik Xidməti “reketlik fəaliyyəti” ilə məşğul olmaqda şübhəli bilinən şəxsləri saxlayıb. DTX-dan verilən məlumata görə, “El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib, Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanıb.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi “90-PF-742” dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi qaydada işarələnmiş pullar, əllərində isə həmin pulların üzərinə çəkilmiş xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların güdülməsi, gizli videoçəkilişlərin aparılması, qanunla əməliyyat tədbiri hesab edilən sair əməllərin qanunsuz həyata keçirilməsi, insanların intim münasibətə cəlb edilməsi və sair yollarla toplanmış materiallar əsasında ayrı-ayrı şəxslərin şantaj edilməsi, müxtəlif məbləğlərdə pul tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlardan dövri haqq toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair çoxsaylı sübutlar, saxta media vəsiqələri və sair dəlillər aşkar edilərək götürülüb.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər cinayət əməlləri barədə ətraflı ifadələr veriblər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilməklə Zöhrab Ağayev, Günel Cümşüdova və digərlərinin oxşar qanunsuz əməllərindən zərər çəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.
-
Rəşad Dağlıya 11 il cəza istənildi
...
-
Azərbaycanda 13 milyonluq narkotik ələ keçirildi - Saxlanılanlar var+Video
...
-
DTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi - Video
...
-
DİN-dən Gədəbəylə bağlı daha bir - Açıqlama
...
-
“Ay Brat” meyxanası ilə məşhurlaşan Mahir həbs olundu - Fotolar
...
-
Bu hərəkətlərinə görə onlara müəllimlik etmək qadağan edildi
...
-
“İsgəndər dedi ki, həmin adam bildiklərini gəlib toyda yayacaq”
...
-
“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı
...
-
Rufulla Axundzadə vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlayıbmış - Video
...
-
Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər ifşa edildi - Video
...