700 bal toplayanlara telefon hədiyyə verildi

13:17 15-08-2018 | icon 2840
700 bal toplayanlara telefon hədiyyə verildi

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ötən il olduğu kimi bu il də
ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış
abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. 14 avqust 2018-ci il tarixdə ictimaiyyət və
media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir modern.az saytı ilə birgə təşkil edildi.
Mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu
abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də
mobil internet və zənglər üçün balans təqdim edildi.
Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik
etmək imkanı qazandılar. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov
da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər
arzuladı:
“Gənclərimizin ildən-ilə göstərdikləri daha yüksək nəticələr bizi çox fərəhləndirir. Yüksək
əzmkarlıq və çalışqanlıq kimi xüsusiyyətlər sayəsində əldə edilən bu nailiyyətə görə
gənclərimizi təbrik etmək “Nar” olaraq bizim üçün də artıq xoş bir ənənəyə çevrilmişdir.
Əminəm ki, bu, daha böyük uğurların başlanğıcıdır”, - deyə Əziz Axundov qeyd etdi.
Təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə
oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil
operatorun ən ümdə məqsədlərindən biridir. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm
verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə
stimul verməyə çalışır.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2 milyondan artıq20
istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 93%-ni əhatə edən və 7000-dən artıq baza
stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.


Digər xəbərlər

0.33578610420227