Bu il Azərbaycanda 22,5 milyon ton neft çıxarılıb

19:36 16-08-2018 | icon 2757
Bu il Azərbaycanda 22,5 milyon ton neft çıxarılıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 22 milyon 566,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 16 milyard 946,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmin 10 milyard 475,3 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Yeddi ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,2 milyard manat olmaqla əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 0,8 faiz azalıb.

Ölkədə neft istehsalı 0,3 faiz artıb, qaz hasilatı isə 3,6 faiz azalıb.


Digər xəbərlər

0.25340294837952