İlham Əliyev iki həmkarını təbrik edib
Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya və Qabon Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu göndərib.
Vidodoya göndərilən məktubda aşağıdakılar qeyd edilib:
“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-İndoneziya əlaqələrinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram”.
Ondimbaya təbrik məktubunda isə bunlar yazılıb:
"Hörmətli cənab Prezident, Qabon Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".
-
Prezident Arif Paşayevi təbrik etdi
...
-
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
...
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...
-
İlham Əliyev and içir
...
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...
-
Rəsmi Bakıdan Paşinyana - Cavab
...
-
Prezident seçkilərinin yekun nəticələri açıqlandı
...