Lənkəranda seminar keçirilib
Bu gün Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbir DQİDK-nin sifarişi ilə çəkilən Azərbaycanın ərazi bütövlüyü uğrunda və Aprel döyüşləri zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdə ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.
Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək belə bir tədbirin Lənkəranda keçirilməsinə görə minnətdarlığını bildirib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə və digərləri çıxışlarında insanların, o cümlədən gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün sağlam dini bilgilərə yiyələnmələrinin, bu istiqamətdə maarifləndirmə tədbirlərinin ardıcıl davam etdirilməsinin vacibliyini qeyd ediblər.
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...