İcra başçısı sahibkarlarla görüşdü, tapşırıqlar verdi - Fotolar
Nizami Rayon İcra Hakimiyyətində “İctimai iaşə obyektlərində ətraf mühitin mühafizəsi vəziyyəti” mövzusunda rayonda fəaliyyət göstərən sahibkarlarla növbəti görüş keçirilib.
Tədbirdə icra başçısı Arif Qasımov rayon ərazisində fəaliyyət göstərən sahibkarlara işlərini ətraf mühitin ekoloji tarazlığını pozmadan, sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və standartların tələblərinə uyğun qurmalı olduqlarını bildirib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev çıxışlarında ictimai iaşə müəssisələrinin əksəriyyətinin layihələndirilməsində tullantıların zərərsizləşdiriləsi və istifadəsi, ətraf mühitin çirklənməsinin qarşısını alan tədbirlərin görülmədiyini söyləyiblər.
Onlara zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğular və avadanlıqlardan istifadə etmək tapşırılıb.
Məlumat üçün bildirək ki, obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsinə və ya qurumasına yol verilir.
Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur.
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...