İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

18:20 20-08-2018 | icon 3317
İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

İran hökuməti xarici turistlərin pasportlarına ölkəyə giriş-çıxış möhürünün vurulmasını ləğv etmək niyyətindədir.

Bu addım ABŞ-ın sanksiyaları ilə əlaqədar atılır. İran hökuməti bu tədbirlərlə xarici turistləri “hər hansı narahatlıq”dan azad etmək niyyətindədir.

Ölkənin vitse-prezidenti Əli Əsgər Munesan “İranın Xarici İşlər Nazirliyi və Sənaye, Ticarət və Mədən Nazirliyi bu təşəbbüsü irəli sürüb. Hazırda təklifin hökumət tərəfindən təsdiqini gözləyirik”, - deyə açıqlamasında bildirib.


Digər xəbərlər

0.28055000305176