Azərbaycan daha iki mötəbər turnirə ev sahibliyi edəcək

10:04 22-08-2018 | icon 2989
Azərbaycan daha iki mötəbər turnirə ev sahibliyi edəcək

Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin qərarı ilə növbəti ildə Bakı aerobika və bədii gimnastika üzrə Avropa Çempionatlarına ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 2019-cu ilin 23-25 may tarixlərində Milli Gimnastika Arenası ilk dəfə olaraq qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Ölkəmizdə son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə Avropa birinciliyin məhz paytaxtımızda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.

Bunun ardınca isə 31 may - 2 iyun tarixləri məhz bədii gimnastlara həsr olunacaq. Bununla da Bakı artıq 4-cü dəfə gimnastikanın ən sevilən növü – bədii gimnastika üzrə Avropa Çempionatını təşkil etmiş olacaq.

 


Digər xəbərlər

0.27067494392395