Nar Qurban bayramı münasibətilə pulsuz dəqiqələr hədiyyə edir
Milli dəyərlərə xüsusi diqqətilə seçilən mobil operator "Nar" Qurban bayramı münasibətilə abunəçilərinə 100 dəqiqə hədiyyə edir. Bonus dəqiqələri əldə etmək üçün Nar abunəçiləri *777#2223# şifrəsini yığmalıdır.
Təqdim olunan bonuslar 22 avqust tarixində aktivləşəcək və şəbəkədaxili zənglər üçün sərf olunacaq. Bonus dəqiqələr bayram günlərinin sonuna qədər aktivdir. Bu kampaniya bütün fərdi Nar nömrələrinə aiddir və kampaniyaya qoşulmaq tamamilə ödənişsizdir.
"Qurban bayramı" və digər kampaniyalar haqqında ətraflı məlumatı nar.az saytında əldə edə bilərsiniz.
"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda "Nar" şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. "P3 Communications" tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi "ən yaxşı mobil zəng xidməti" göstərən şəbəkə olaraq tanınmışdır.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...