Mövqelərimiz 87 dəfə atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
-
Hüseynlə Aqşin Azərbaycana təhvil verildi
...
-
Azərbaycanla Ermənistan arasında hərbçilər qarşılıqlı azad edilir
...
-
Terrorçu rejim Azərbaycanda mülki aviasiyaya belə radiomaneələr edib - DTX
...
-
“Şahramanyan sentyabrda Azərbaycan DTX ilə əlaqə saxlayıb”
...
-
Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir - Video
...
-
Ordumuzun müsadirə etdiyi silahların yeni - Siyahısı
...
-
Vardanyan Laçın postunda saxlanıldı - Bakıya gətirildi+Foto
...
-
Antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid olub
...
-
“Mən azərbaycanlıları çox sevirəm” - Qarabağ ermənisi - Video
...
-
Antiterror tədbirləri dayandırıldı - MN-dən rəsmi açıqlama
...