Lənkəranda səyyar görüş keçirildi
Bu gün Lənkəran rayonunun Haftoni qəsəbəsində İcra başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü keçirib.
Icra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların, xidmət idarələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda sakinlər ölkə başçısının xalqın rifahının yaxşılaşdırılması, mövcud sosial problemlərin həlli istiqamətində davamlı olaraq həyata keçirdiyi tədbirləri ürəkdən bəyəndiklərini bildirərək qəsəbənin sosial-iqtisadi inkişafına göstərilən qayğıdan razılıqlarını ifadə ediblər. Sakinlər çıxışlarında Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin dünya standartları səviyyəsində yenidən tikilməsinin, tikintidə yüzlərlə yerli sakinin işlə təmin edilməsinin, inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchizatının, kütləvi qazlaşdırılmasının, qəsəbənin mərkəzi yolunun əsaslı təmirinin, aqrar sahədə uğurlu nəticələrin əldə olunmasının bu davamlı qayğının bəhrəsi olduğunu diqqətə çatdırıblar.
Qəbul zamanı İcra başçısı vətəndaşlar tərəfindən qəsəbədə yeni məktəbin tikintisi, Xanlıqlı yaşayış məntəqəlqəsinə çəkilmiş qaz xətlərinə mavi yanacağın verilməsinin sürətləndirilməsi barədə qaldırılan məsələlərin diqqətdə saxlanılması və imkan yarandığı vaxtda həlli ilə bağlı tədbirlərin görülməsindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...