Əliyev moldovalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev moldovalı həmkarı İqor Dodona təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident. Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Moldovanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli əlaqələrin və ölkələrimiz üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə yönəlmiş səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Moldova xalqına isə sülh və firavanlıq arzu edirəm”.
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...