Azərbaycanda yeni yol istifadəyə verildi

11:59 26-08-2018 | icon 4568
Azərbaycanda yeni yol istifadəyə verildi

Azərbaycan prezidenti İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir. İki hərəkət zolaqlı yola asfalt-beton örtüyü çəkilib. Yol üzərində suötürücü borular, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.

İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.


Digər xəbərlər

0.28490281105042