Qurban Qurbanov millinin heyətini açıqladı
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının ilk iki oyunu – Kosovo ilə sentyabrın 7-də Bakıda və Malta ilə sentyabrın 10-da səfərdəki oyunlar üçün yığmanın heyətini açıqlayıb. Təcrübəli mütəxəssis 25 futbolçuya dəvət göndərib.
Sabahdan təlim-məşq tolanışına çağırılan oyunçular arasında Avropa Liqasının pley-off raundunun cavab görüşündə Moldova “Şerif”i ilə matçda iştirak edəcək “Qarabağ”ın oyunçuları olmayacaq. Debütantlara gəlincə, yalnız Bəxtiyar Həsənalızadə milli düşərgəyə ilk dəfə dəvət alıb.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Səbail”);
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana” Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya);
Hücumçular: Mahir Mədətov (“Qarabağ), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rauf Əliyev (“Qəbələ”), Ruslan Qurbanov (“Səbail”).
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...