“Nar” 4G istifadəçilərinin sayı 24 faiz artıb
Bu ilin ikinci rübünün göstəricilərinə əsasən, bir il ərzində “Nar” 4G internetindən istifadə edən abunəçilərin sayı 24 faiz artıb. Hazırda 250 mindən çox abunəçi “Nar”ın yüksəkkeyfiyyətli 4G xidmətindən istifadə edir.
“Nar” 4G interneti paytaxtla yanaşı, ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqəti ilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir.
Cari ildən başlayaraq ölkənin 30-dan çox şəhər və rayon mərkəzlərində 4G baza stansiyaları istifadəyə verilib və nəticədə “Nar” abunəçilərinin böyük bir qismi yüksəksürətli internetə çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı, “Nar”ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.
Son bir il ərzində “Nar” abunəçiləri 3,3 milyon giqabayt həcmində data trafik istifadə edib. Ötən illə müqayisədə bu rəqəm 36 faiz çoxdur. Ümumi data trafik istifadəsinin 1,3 milyon giqabaytlıq hissəsi 4G xidmətinin payına düşür. Bu ilin ilk iki rübü ərzində aparılan işlərin nəticəsi olaraq, illik 4G internetinin trafik həcmi ötən illə nisbətdə 3 dəfədən çox olub.
“Nar” bu göstəricilərin daha da yüksəlməsi üçün ölkə boyunca 4G baza stansiyalarının sayını durmadan artırır. Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı “nar.az” saytından əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 6 min 500-dən çox baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...