Saxta pul hazırlayan fəhlələrin məhkəməsi oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlayıb istifadə etməkdə təqsirləndirilən Elşad Cəfərov, Ramil Dəmirovlə və Famil Həsənova hökm oxunub.
Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F. Həsənov 7 il 6 ay, E. Cəfərov və R. Dəmirovun hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.
Adıçəkilən şəxslər pula ehtiyacları olduğu üçün saxta pul kəsib satmaq qərarına gəliblər. Əvvəllər də saxta pul hazırlama və dələduzluğa görə məhkum olunan Famil Həsənov bunu təklif edib. Onlar atışaraq 450 manata "printer" də alıblar. Daha sonra E. Cəfərov təsadüfən tanış olduğu Ramal Abbasovdan saxta pulu olduğunu və satmaq üçün müştəri tapmasını istəyib. R. Abbasov isə bu barədə polisə məlumat verib və əməliyyat planı hazırlanıb. O, Familə zəng edərəm 14 min manata saxta pul almaq istədiyini deyib və 3700 manata razılaşıblar. Kafelərin birinin kabinetində görüşüblər, saxta pulları Ramala verdikdən sonra polislər kabinetinə girərək Famili həbs ediblər. Onların saxta pul hazırladıqları evə baxış keçirilərkən oradan 8620 manat saxta əskinas götürülüb.
Məhkəmə hökmü ilə cəzalandırılan hər üç şəxs fəhləliklə məşğul olublar.
-
Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verildi
...
-
Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı
...
-
Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir
...
-
Bakıda həkimlərin başına iş gəldi - Yeni vatsap dələduzluğu
...
-
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayıb
...
-
Hamı bu qəzadan danışır... - Kimdir günahkar? - Video
...
-
Azərbaycanda terror aktı törətmək istəyən əcnəbi saxlanıldı - Video
...
-
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
...
-
Rəşad Dağlıya 11 il cəza istənildi
...
-
Azərbaycanda 13 milyonluq narkotik ələ keçirildi - Saxlanılanlar var+Video
...