Azərbaycanda terror planlaşdıran məhv edildi - DTX-dan əməliyyat
Respublika Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda terror planlaşdıran radikal dini ekstremist qrupun üzvü ilə bağlı birgə məlumat yayıb.
Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalar nəticəsində təsdiqlənib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.
2018-ci il avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərksilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, o, təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açaraq silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib.
Hadisə yerinə və cəsədə baxış zamanı N.Nəcəfovun üzərindən bir ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
DTX tərəfindən saxlanılan transmilli mütəşəkkil kibercinayətkar dəstənin - Film kimi cinayət ssenarisi
...
-
DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib
...
-
Terrorçuluğu maliyyələşdirdi - Həbs edildi
...
-
Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb
...
-
Azərbaycan sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
...
-
Aybəniz Haşımovanın qardaşı həbs edildi
...
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
...
-
Naxçıvanda yol polisi sürücünü döyüb? - İDDİA
...
-
Bakıda film səhnələrini xatırladan qəza - Video
...
-
DSX: Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb
...