Baş nazir Binəli Yıldırımla görüşüb

02:39 30-08-2018 | icon 5053
Baş nazir Binəli Yıldırımla görüşüb

Baş nazir Novruz Məmmədov avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

  Binəli Yıldırımı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edən baş nazir Novruz Məmmədov onun parlament sədri kimi ilk səfərini Azərbaycana etməsinin yüksək qiymətləndirildiyini bildirib. 

Novruz Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin sıx dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Birlikdə reallaşdırılan qlobal layihələrin əhəmiyyətindən bəhs edən Baş nazir qardaş ölkələrimizin qanunverici orqanları arasındakı əlaqələrin də məmnunluq doğurduğunu ifadə edib.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Novruz Məmmədov deyib ki, Türkiyə bu məsələnin həllində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.

Böyük Millət Məclisinin sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini və bu dəstəyin davamlı olacağını diqqətə çatdırıb.


Digər xəbərlər

0.34829807281494